“Həmin məsələ dairə seçki komissiyalarında araşdırılmalıdır”
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
MSK sədri Məzahir Pənahovun sözlərinə görə, sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərlə bağlı şikayətlərə baxılır.
İclasda MSK-nın katibi Arifə Muxtarova bildirib ki, 23 Nəsimi-Səbail seçki dairəsindən namizəd olan Əziz Əzizov səsvermə prosesində qanun pozuntularının olduğunu iddia edib.
“Seçki məcəlləsinin tələblərinə uyğun olaraq iddia olunan məsələ dairə seçki komissiyalarında araşdırılmalıdır”, - deyə A.Muxtarova bildirib.