AMEA-nın binasında ölüm
Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib.
Sentyabrın 5-i saat 12 radələrində H.Cavid prospekti 23-də yerləşən binada akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib.
Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış.
Onun infarktdan öldüyü qeyd edilib.
Faktla bağlı araşdırmalar aparılır.(Qafqazinfo”)