Daha bir cüdoçumuz Avropa çempionu oldu

Daha bir cüdoçumuz Avropa çempionu oldu


Daha bir cüdoçumuz Avropa çempionu olub.

Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı qitə birinciliyində Süleyman Şükürov bütün rəqiblərini üstələyib. 


81 kq-da mübarizə aparan idmançımız finalda gürcüstanlı Aleksandre Loladzeyə qalib gəlib və qızıl medala sahib çıxıb. 

Qeyd edək ki, bu gün Vüsal Qələndərzadə də Avropa çempionu olmuşdu.