Gürcüstanda zəlzələ oldu
Gürcüstanın cənubundakı Kvemo Kartli bölgəsinin Dmanisi şəhərində 4,1 bal maqnitudada zəlzələ baş verib.
Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Tbilisidən 49 km aralıda, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.