ABŞ prezidenti Donald Trampın administrasiyası İran hökumətini etirazlar fonunda bağlanan Instagram və digər sosial şəbəkələri açmağa çağırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Associated Press” nəşri yazır.
“Bu sosial şəbəkələr qanuni kommunikasiya vasitələridir”, - Dövlət Departamentinin katibinin müavini Stiven Qoldşteyn bildirib.
O əlavə edib ki, İranda insanların bu saytlara çıxışı olmalıdır.