Pezeşkian İraqa getdi
İran Prezidenti Məsud Pezeşkian İraqa rəsmi səfərə yollanıb.
Bu, Pezeşkianın İran prezidenti seçildikdən sonra xarici ölkəyə ilk səfəridir.
O, səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani, eləcə də parlamentin spikeri Möhsin Əl-Mandalavi ilə görüşlər keçirəcək.