ABŞ səfirliyi: 11 sentyabr terrorundan sonra Azərbaycanın dəstəyini hər zaman qiymətləndirəcəyik
ABŞ-nin Azərbaycandakı səfirliyi 2001-ci il 11 sentyabr terror aktlarında həlak olanların xatirəsini yad edib.
Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Bu gün səfir Mark Libbi və ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşları Nyu-Yorkda törədilən 11 sentyabr 2001-ci il terror aktlarının 2977 günahsız qurbanının xatirəsini ehtiramla yad etmək üçün toplaşıblar. ABŞ tariximizin bu faciəli anında bizimlə birlikdə olan və yardım təklif edən Azərbaycanın dəstəyini həmişə qiymətləndirəcək”, - paylaşımda bildirilib.