İraqda Azərbaycan Ticarət Evi açılacaq

İraqda Azərbaycan Ticarət Evi açılacaq

İraqda Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azəbaycan-İraq Biznes Forumunda bildirib.

O həmçinin qeyd edib ki, gələn il Azərbaycandan ticarət-ixrac missiyası İraqa səfər edəcək.

Biznes Forumda Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edir.