O, yeriyə, insanları tanıya, partlayıcı maddəni tapa bilir
Hindistanın "H-Bots Robotics" şirkəti dünyanın ilk robot polisini təqdim edib.AzBaku.info “Report”a istinadən xəbər verir ki, robot yeriyə, insanları tanıya, partlayıcı maddəni tapa, şübhəli şəxsləri tanıya, həmçinin ətrafdakılarla qarşılıqlı ünsiyyətə girə – məlumat qəbul edə və sualları cavablandıra bilir. İstehsalçı şirkət artıq müxtəlif təşkilatlardan 20 sifariş alıb. Robot polis və təhlükəsizlik xidmətlərinin işinə cəlb oluna bilər. Hindistan "robokop"larının istehsalına 2018-ci ilin iyulundan başlanacaq.