Rusiyadan ilk: Çin texnikası cəbhəyə göndərildi

Rusiyadan ilk: Çin texnikası cəbhəyə göndərildi

Rusiya ordusu Ukraynada ilk dəfə Çinin zirehli texnikasından istifadə edib.

Bu barədə “Bild” nəşrinin analitiki Yulian Röpke məlumat yayıb.

“Rusiya ordusu Ukraynada ilk dəfə Çinin ZFB-05 tipli zirehli maşınlarından istifadə edib. Çin maşının tədarükünü rədd edir, amma Rusiyanın bunları alması üçün bir çox afrikalı vasitəçii var”, - Röpke bildirib.