Baham adalarında dənizdə çimən bir uşaq eyni vaxtda dörd köpəkbalığının hücumundan xilas olub. Hücuma hazırlaşan dəniz yırtıcılarını dron operatoru aşkarlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Dronun sahibi Artyom Tkaçenkonun çəkdiyi görtüntü “YouTube” videoportalına yerləşdirilib. Videçarxda təhlükəni görməyən azyaşlının suya qaçdığını və birbaşa dörd dəniz yırtıcısının olduğu istiqamətdə üzdüyünü görmək olur.
Köpəkbalıqları bir neçə saniyə ərzində uşağa yaxınlaşıb. Çimərliyin gözəl mənzərəsini çəkən uçan aparatın operatoru vəziyyətin ciddi olduğunu anlayaraq, dərhal uşağı haraylayıb və köpəkbalıqları barədə xəbərdar edib. Məhz dron operatorunun sayıqlığı nəticəsində uşaq son anda sahilə üzüb və xilas olub.
“Allaha şükürlər olsun, yaxşı ki, o məni vaxtında eşitdi”, - deyə Tkaçenko bildirib.
“Daily Mail”in məlumatına görə, hadisə nəticəsində uşaq xəsarət almayıb