İran XİN başçısı: Livan və Qəzzada atəşkəslə bağlı təşəbbüslər var
Livan və Qəzzada atəşkəslə bağlı təşəbbüslər var.
Bunu Suriyada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.
O, bu təşəbbüs və məsləhətləşmələrin nəticə verəcəyinə ümid etdiyini bildirib.
A.Əraqçi söyləyib ki, bu gün Suriyadakı müzakirələrin əsas mövzusu Livan və Qəzzadakı durum olacaq.