İranda minlərlə insan küçələrə çıxdı

İranda ölkə rəhbərliyinə dəstək mitinqləri keçirilir.

AzBaku.info Press Tv-yə istinadən xəbər verir ki, nümayişlərdə minlərlə adam iştirak edir.

Bildirilir ki, mitinqlər bütün ölkə ərazisində keçirilir.

Nümayişçilər hökumətin lehinə şüarlar səsləndirirlər.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general Məhəmməd Əli Cəfəri dünən bildirmişdi ki, ölkədəki iğtişaşlara son qoyulub və hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.