Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - Gəmilərə xəbərdarlıq
Ölkə ərazisində müşahidə olunacaq küləkli hava ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib.
Bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.
Bildirilib ki, xəbərdarlığa əsasən, sabahdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 19-u səhərədək davam edəcək. Həmin günlər ərzində şimal-qərb, çimal küləyinin 18-23m/s, arabir 25-30m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.