Hindistanın Kaşmir vilayətində qar uçqunu zamanı 11 nəfər ölüb.
Oxu.Az-ın “Hindistan Times” nəşrinə istinadən məlumatına görə, ölənlər arasında iki yaşlı uşaq da var.
Hadisə yanvarın 5-nə keçən baş verib.
İçərisində 12 nəfər olan avtomobil qar uçqunun altında qalıb. Onlardan yalnız ikisini xilas etmək mümkün olub.
Daha bir qar uçqunu zamanı isə yol xidmətinin əməkdaşı həyatını itirib.