Peşə məktəbləri üçün iki istiqamətdə qiymətləndirmə meyarları təsdiqlənib
“Peşə təhsili müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Peşə təhsili müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiqlənib.
Bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.
Nazirliyin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilib.