Şolts Hindistandadır
Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Almaniya kansleri Olaf Şolts Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək üçün Yeni Dehliyə gedib.
Modi bu haqda “X” hesabında məlumat yayıb.
Baş nazir paylaşımda “Bu dünyada Hindistan və Almaniya kimi müttəfiqlərə ehtiyacımız var” sözlərini yazıb.
Dövlət rəsmiləri ikitərəfli görüşlərin ardınca mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Qeyd edək ki, bu, Şoltsun 2021-ci ildən ölkəyə üçüncü səfəridir.