Türkiyə indi dünyada ən böyük dron istehsalçısıdır - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara ölkənin milli təhlükəsizliyi ilə bağlı qərarlar qəbul edərkən artıq heç kimdən icazə almır və ya başqalarının fikri ilə maraqlanmır.
Ədoğan qeyd edib ki, Ankara indi dünyada ən böyük dron istehsalçısıdır.
“Əvvəllər bizi silahla təmin edənlər atdığımız güllələrin sayını hesablayır və mütəmadi olaraq hesabat tələb edirdilər. Terrorla mübarizədə həmişə maneələrlə üzləşmişik. İndi biz öz silahlarımızla bütün problemlərin öhdəsindən gəlirik. Biz milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən artıq heç kimdən icazə almırıq və başqalarının fikri ilə maraqlanmırıq”, - prezident vurğulayıb.
Onun fikrincə, Türkiyə çəkindirici güc əldə etmək üçün müxtəlif sahələrdə fəaliyyətini dayandırmayacaq, bu da dostlara güvən, düşmənlərə qorxu aşılayacaq.