Uqandada sektantların hücumu nəticəsində 8 nəfər ölüb
Uqandada sektantların hücumu nəticəsində dördü uşaq olmaqla ən azı səkkiz nəfər ölüb.
Bu barədə Uqanda Xalq Müdafiə Qüvvələri məlumat yayıb.
“İlkin araşdırmalar nəticəsində məlum olub ki, hələlik şəxsiyyəti bilinməyən təriqət üzvləri insanlara hücum edərək onları öldürüblər”, - məlumatda qeyd olunub.
Polis hücum edənlərdən ikisinin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib.