Azərbaycan nefti 2 dollara qədər BAHALAŞIB

Azərbaycan nefti 2 dollara qədər BAHALAŞIB

Azərbaycan neftinin 1 barelinin qiyməti 2 dollara qədər bahalaşıb.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları, yaxud 2,49 % artaraq 73,66 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.