Qazax keçid məntəqəsində biabırçılıq: Gömrük işçisi qadınları belə söyüb, təhqir etdi – VİDEO

Bir neçə gün bundan qabaq Qazax keçid məntəqəsində(Qırmızı körpü ) biabırçı hadisə baş verib. Paytaxt.org sosial şəbəkələrə istinadən bildirir ki, gömrük işçisi azərbaycanlı qadınlara söyüş təhqir edərək yerlərində durmaqlarını bildirir. Şörəkpulu üçün min bir əziyyətə qatlanan azərbaycanlı ana və baçəları söyüb, ağır sözlər deyən gömrük işçisinə görəsən belə bir səlahiyyəti kim verib?! Bu adam və onun rəhbərləri ölkə başçısının vəzifə sahibləri ilə bağlı dediyi sözləri ya eşitməyiblər ya da qulaqardına vururlar. Məsələnin bu tərəfi isə qalıb sözügedən vəzifə sahiblərinin vicdanına. Amma görünən o ki, sosal şəbəkələrdə yayılan bu video, insanlar tərəfindən də xoş qarşılanmayıb. Paytaxt.org yayılan video ilə bağlı rəylərin bir qismini olduğu kimi təqdim edir.