Futbolçu Andrey Arşavinin həyat yoldaşı Alisa Moskvadan Almatıya uçan təyyarədə qalmaqal yaradıb.
Bu barədə Gazeta.ru nəşri yazır.
İdmançının həyat yoldaşı təyyarə havaya qalxmamışdan əvvəl təhlükəsizlik kəmərini bağlamaqdan imtina edib, göyərtədə gəzməyə başlayıb və ekipaj üzvlərinin xahişlərini yerinə yetirməyib. Nəticədə qadını təyyarədən düşürdüblər.
Qeyd edilir ki, Alisa ilə birlikdə təyyarənin göyərtəsində onun uşaqları da olub.
(oxu.az)