Hesablama Palatası: Dövlət əmlakının icarə verilməsindən daxilolmalarla bağlı əlavə potensial var
Azərbaycanda dövlət əmlakının icarə verilməsindən büdcəyə daxilolmalarla bağlı əlavə potensial var.
Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, aparılmış təhlillər və kənar dövlət maliyyə nəzarəti tədbirləri bu mənbə üzrə əlavə potensialın olduğu qənaətinə gəlməyə əsas verib.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda büdcə gəlirlərinin 34 milyon manatının və yaxud 0,1 %-nin dövlət əmlakının icarəyə verilməsi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,4 % çoxdur.