2 yaşlı uşaq xəstəxanada öldü
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında uşaq ölümü qeydə alınıb.
Hadisə ötən gün axşam saatlarında baş verib.
Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş 2 yaşlı uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.