Cəlilabadda direktor rüşvət verməyən müəllimi iclasda belə təhqir etdi – Audio

Cəlilabadda rüşvət vermək istəməyən müəllim pedaqoji şurasının iclasında məktəb direktoru tərəfindən təhqir olunub

Bu barədə məlumatı azeuronews.com–a verən Cəlilabaddakı mənbəmizin sözlərinə görə, hadisə rayonun Alar kənd 2 saylı orta məktəbin pedaqoji şurasının iclası zamanı baş verib.

Onun sözlərinə görə, məktəbdə çalışan müəllimlərin iştirakı ilə keçirilən pedaqoji şuranın iclası zamanı direktor Lətif Seyfullayevlə sözügedən məktəbin müəllimi Azad Dadaşov arasında mübahisə yaranıb.

Mübahisəyə səbəb isə, A. Dadaşovun hər müəllimdən tələb olunan 50 manat pulu vermək istəməməsi olub.

Mübahisə zamanı direktor daha da irəli gedərək A.Dadaşovun kolleqalarını da təhqi edərək onun üzərinə qaldırıb. O iclasdakı müəllimlərə yüksək səslə “Kişiliyiniz çatmır? Yığışın bir ərizə yazın ki, bu adam işə yaramır, torbasını tikək çıxsın getsin. Kimdən artıqdır? Sabirabaddakı törətdiyi hadisələri burda da etmək istəyir” deyərək təhqir edib.

Mövzu ilə bağlı məktəb direktoru ilə əlaqə saxlamaq cəhlərimiz hüç cürə alınmadı.

AzEuroNews.com pedaqoji şurasın iclasında baş verən qalmaqalın səs yazısını da əldə edib. Ümid edirik, Təhsil Nazirliyi yaxın günlərdə məktəb direktoru haqqında lazımı ölçü götürəcək.