Qətərdə görüşəcəklər

Qətərdə görüşəcəklər

Suriyada vəziyyətin nizamlanmasına dair Astana formatının iştirakçı ölkələrinin (Rusiya, İran, Türkiyə) xarici işlər nazirləri Qətərdə danışıqlar aparacaqlar.

Bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova açıqlayıb.

Görüş dekabrın 7-də 22-ci Doha forumu çərçivəsində baş tutacaq. 

Qeyd edək ki, Astana platforması Suriyada döyüşən tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında danışıqların aparılması üçün yaradılmışdı. Platforma çərçivəsində görüşlər Astanada 2017-ci ildən başlayıb. Ötən ilin yayında Astana prosesinin rəsmən başa çatdığı açıqlanıb. Belə ki, 2017-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər Astanada Suriyada vəziyyətin nizamlanmasına dair 20 beynəlxalq görüş keçirilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu ayın əvvəlində açıqlamasında Astana formatının yaxın zamanlarda yenidən təşkil ediləcəyini bildirmişdi.