Kobaxidze: LGBT təbliğatı ilə avrointeqrasiyanı eyniləşdirmək olmaz

Kobaxidze: LGBT təbliğatı ilə avrointeqrasiyanı eyniləşdirmək olmaz

LGBT təbliğatı ilə Avropaya inteqrasiyanı eyniləşdirmək cəhdləri narahatlıq doğurur.

Bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

"LGBT-yə qarşı qəbul edilən qanuna gəlincə, konkret insanlar, siyasətçilər və bürokratların bu təbliğatla Avropaya inteqrasiyanı eyniləşdirməsi son dərəcə narahatlıq doğurur. Bu qanunun nəyi nəzərdə tutduğunu xatırlatmaq istərdim. Bu qanun eynicinsli tərəfdaşlıqların leqallaşdırıla bilməyəcəyini, yəni onlara qanun forması verilə bilməyəcəyini nəzərdə tutur.

Bütün bunlar o deməkdir ki, Gürcüstanda cərrahiyyə yolu ilə cinsi dəyişmək mümkün deyil. Heç kim sizi hətta genderlə bağlı neytral terminologiyadan istifadə etməyə məcbur edə bilməz", - deyə İ.Kobaxidze bildirib.

"Bizə deyirlər ki, qanunda kişi və qadın cinsləri ilə yanaşı, başqa cinslər də yazılmalıdır. Bu, sadəcə olaraq eşidilməmiş bir şeydir və üstəlik, bəziləri bizə bunun və Avropaya inteqrasiyanın eyni olduğunu deyirlər.

Bu düzgün yanaşma deyil, təbii ki, bu cür yanaşmalar gürcü cəmiyyətində Avropa strukturlarının nüfuzuna ciddi zərbə vurur”, - baş nazir vurğulayıb.