Tramp İranla müharibə ehtimalını istisna etməyib
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İranla müharibənin mümkünlüyünü istisna etməyib.
O bunu “Time” jurnalına müsahibəsində bildirib.
Tramp Tehranla münaqişənin başlama ehtimalı barədə suala belə cavab verib: "Hər şey mümkündür".
Bununla belə, siyasətçi gələcəkdə İrana qarşı hansı addımların atıla biləcəyini dəqiqləşdirməyib.