Əbülfəz Məlikovun Prezident Administrasiyasında adamı kimdir? "TRANSBROKER” MMC rəhbəri Əbülfəz Məlikov "qara kağız” alacağını qabaqcadan bilirmiş… Bakunews.az xəbər verir ki, bu barədə mötəbər mənbədən 24saat.org-a verilən məlumata görə, gömrüyün "qara kassası”nın sahibi əvvəlcədən təlimatlandırılıb. Qaynağımız iddia edir ki, Ə.Məlikova gömrük sistemində dəyişiklilər olacağı və MMC-nin əsas səlahiyyətlərinin azaldılacağı bildirilib. Ona deyilib ki, tələm-tələsik bütün səlahiyyətləri şəriklərindən birinin adına rəsmiləşdirsin. Ə.Məlikov da ona qabaqcadan xəbərdarlıq edən mənbənin səhihliyinə və etibarlılığına güvəndiyi üçün bu addımı atıb. Və həqiqətən də yanılmayıb. Gömrüyün baş monopolisti vəziyyətdən yarı zərərlə çıxıb. Məlumata görə, "TRANSBROKER” MMC rəhbəri kifayət qədər imtiyazlarını itirib. Hazırda gömrükdə idxal məhsullarının keçirilməsində qismən yüngülləşmə yarandığı deyilir. Verilən məlumata görə, Ə.Məlikovu bu işlərdən agah edən yüksək rütbəli məmur Prezident Administrasiyasında olub. Mənbə iddia edir ki, Ə.Məlikovun PA-dakı etibarlı adamı onu gözləyən təhlükədən sovuşdurub.
Hətta gömrükdə bu dəyişikliklər olacağını və Məlikovun bu addımlar atacağına hazırlaşdığını Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin də xəbəri olmayıb. Onların ağlına gəlməyib da ki, Məlikovun PA-da yüksək ranqlı məmur adamı var və ssenaridən xəbərdardır. Odur ki, gömrüyün inhisar üzrə ideoloqu əsas səlahiyyətləri şərikinin adına rəsmiləşdirərkən problemlə qarşılaşmayıb. Deyilənə görə, MMC tamamilə ləğv olunmaq üzrədir. Ölkədə postneft dövrünün başlanması hakimiyyəti bu addımları atmağa sövq edib. Məlikov isə rüşvəti leqallaşdırıb və MMC vasitəsi ilə sahibkarların dərisinə saman təpib. İş adamlarının başına oyun açan və rüşvətsiz gömrükdən mal keçirə bilməyən sahibkarların şikayətlərini eşidən də olmurdu. MTN hadisələri və devalvasiya, ölkədəki iqtisadi vəziyyətin ağırlaşması Məlikov erasının sonunu gətirirən amil olub. Bu arada Məlikovla bağlı müxtəlif iddialar səsləndirilməkdədir. Cumhuriyyet.az-a daxil olan məlumata görə, Ə.Məlikov gömrük sistemindən kənarlaşdırılaraq "Gilan” holdinqə yerləşdirilib. "Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri kimi bu ilin mayında "Tarla günləri” adlı tədbir düzənləyən Məlikov gömrük kimi nağd gəlirli bir məqamdan sonra aqrar sistemdə "bəsləsən atlas olar tut yarpağından” səbrini göstərə bilmədi. Məlikov artıq "qalstuklu fermer” rolundan bezib. "Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri postunda bu pulları xərcləmə missiyası həvalı olunub.