
İranda TIR-ın üç avtomobillə toqquşması nəticəsində üç nəfər ölüb.
Məlumatı “Azad İran” yayıb.
Bildirilib ki, hadisə yanvarın 30-da İlam-Meyran magistralında baş verib. TIR “Nissan” və “Hyundai” markalı pikap, “Pride” markalı minik avtomobil ilə toqquşub.
Qəzaya TIR-ın əyləc sistemindəki nasazlıq səbəb kimi göstərilir.