Rusiyanın Xabarovs vilayətində pauerliftinq üzrə dünya və Avropa çempionu olan Andrey Draçevi öldürən əslən azərbaycanlı Anar Allahverənovun atası ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Anarın vəkili Konstantin Lısenko məlumat verib.
Onun sözlərinə görə, müvəkkilinin atası yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib. Qəza zamanı zərbənin təsirindən mərhumun ayağı qopub. Hadisənin qəsdən törədilib-törədilməyi də müzakirə olunur.
Vəkil faktla bağlı araşdırılmanın aparıldığını deməklə yanaşı, 59 yaşlı atanın ünvanına dəfələrlə təhdidlərin də daxil olduğunu bildildib.