Hollandiyanın Veyk aan Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Stil Çes” (Tata Steel Chess) turniri davam edir.
Oxu.Az xəbər verir ki, V turda qrossmeysterimiz Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa vurub.
O, ağ fiqurlarla oynadığı partiyada reytinqcə turnirin ikinci şahmatçısı olan Fabiano Karuana ilə üz-üzə gəlib. ABŞ təmsilçisi 42-ci gedişdə təslim olub.
Bu nəticədən sonra xalını 3,5-ə çatdıran “Şah” liderlər qrupunda yer alıb. O, keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) və Aniş Qiri (Hollandiya) ilə birlikdə turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, bu gün turnirdə fasilə olacaq. Sabah baş tutacaq VI turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı Adhiban Baskaranla qarşılaşacaq.