Bir çox ölkələrdə Gömrük Komitəsi fərqli statuslarda fəaliyyət göstərir.
Az Baku.info oxu.az-a istinadən xəbər verir ki, bunu gömrük komitəsinin sədri Aydın Əliyev Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyi yönündə mətbuatda yer alan xəbərlərlə bağlı jurnalistlərin sualına cavabında deyib.
O bildirib ki, Gömrük Komitəsi fiskal orqandır və bəzi ölkələrdə Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir:
“Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik.”.
Sədr qeyd edib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir.
“Bir çox ölkələrdə gömrük orqanları müstəqil, bəzi ölkələrdə isə hansısa qurumun tərkibindədir. Gömrükçülər bu ölkənin əsgərləridir - nə qərar verilsə, onu icra edəcəyik”.