2018-ci ildə Azərbaycanın aşağı yaş qrupları üzrə basketbol millilərinin Avropa çempionatlarında mübarizə aparacağı rəqiblər müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Elşən Yusubovun rəhbərlik etdiyi 16 yaşadək yığmamız (U-16) Avropa birinciliyinin C divizionunda mübarizə aparacaq.
Basketbolçularımız iyulun 3-dən 11-dək San Marinonun Serravalle şəhərində qüvvəsini sınayacaq. Komandamız A qrupunda Avstriya, Ermənistan, Albaniya, Moldova və meydan sahibləri ilə gücünü yoxlayacaq
.
20 yaşadək basketbolçulardan ibarət yığmamız (U-20) da B divizionunda mübarizə aparacaq. Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda iyulun 13-22-də Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yarışın A qrupunda oynayacaq. Basketbolçularımız Latviya, Belçika, Belarus və Makedoniya ilə üz-üzə gələcəklər.
18 yaşadək millimiz (U-18) isə B divizionunda qüvvəsini sınayacaq. Samit Nuruzadənin başçılıq etdiyi komanda iyulun 27-dən avqustun 5-dək Makedoniyanın paytaxtı Skopye şəhərində baş tutacaq çempionatda B qrupunda yer alacaq. Burada yığmamız Belçika, Macarıstan, Estoniya, Gürcüstan və Avstriya ilə rəqib olacaq.