Abşeron rayon Gigiyena və Epidemologiya Mərkəzində baş verən qanunsuzluqlar barədə məlumat daxil olub. Məlumatda göstərilir ki, Abşeron rayon gigiyena və epideomiologiya mərkəzinin baş həkimi Məhərrəm Abdulov Mərkəzi açıq bazara çevirib. Qanunsuz əməlləri Abşeron rayon əhalisinin dilindən düşməyən Məhərrəm Abdulov yeni mövzulara imza atmaqdadır. Keçən yazılarımızda Qobu qəsəbə sakinləri idarənin fəaliyyətsizliyi ilə bağlı redaksiyamıza müraciət etmişdi. Bu gün yenidən redaksiyamızla əlaqə saxlayan Qobu qəsəbə sakinləri övladlarının xəstələnməsi ilə bağlı məlumat verib. Belə ki, “Azərqaz“ İstehsalat Birliyinin Abşeron rayon Qobu qəsəbəsinin sakinlərinin mavi yanacağın verilməməsindən şikayət artıq pik həddə çatıb. Bu şikayətlərə əhəmiyyət verməyən aidiyyatı qurumlar əhalini hakim dairələrdən narazı salmaq yolunda sürətlə naliyyət əldə etməkdədirlər. Seçki öncəsi aparılan işlər xalqı hakimiyyətin fəaliyyətsizliyinə əmin etmək məqsədli təxribat xarakterli atılmış addımlar olduğunu qeyd edən Qobu qəsəbə sakinləri Prezidentə şikayət məktubu ünvanlayacaqlarını bildiriblər. Daha sonra sakinlər bildirib ki, Qobu qəsəbəsinə məxsus Xalq rəssamı Qəzənfər Xaliqov adına 1 saylı tam orta məktəbdə təhsil alan sakinlərin övladları artıq xəstəliklərlə əziyyət çəkməkdədirlər. Abşeron rayon Gigiyena və Epidemologiya Mərkəzinin məktəbin sinif otağında olan istilik dərəcəsini ölçərək təhsil müəssisəsini fəaliyyətinə davam edib etməməsi yönündə fəaliyyəti açıq şəkildə yoxdur. Fəaliyyətsizliyi ilə mərkəzin baş həkimi Məhərrəm Abdulovu suçlayan sakinlər artıq prezdent aparatına gedərək etirazlarını bildirəcəklərinidə vurğulayıblar.
Redaksiyanı məlumatlandıran mənbə sakinlərin müraciət etdikləri orqanlardan aldıqları cavab şok edici olduğunu vurğulayır. Aidiyyatı üzrə qurumlardan vətəndaşlara bildirilibki istediyiniz hakim dairələrə müraciət edə bilərsiniz – deyə sakinlərdə qeyd edirlər.
Gigiyena və Epidemologiya Mərkəzinin fəaliyyəti yalnız ticari obyektlərdən haqq yığmaqla məhdudur. Bu mərkəzin rəhbərliyi göründüyü qədər mediada aparılan araşdırmalardanda bəli olduğu kimi, qanuni fəliyyətini məhz şəxsi hesabların böyüməsinə yönəlmiş fəalliyyətlə məhdudlaşdırıb. Gələcək nəslin məhvə yönəlməsi Gigiyena və Epidemologiya Mərkəzinin rəhbərliyinin o cümlədən “Azəriqaz” İstehsalat Birliyinin heçdə vecinə deyildir. Qobu qəsəbəsi Qəzənfər Xaliqov adına 1 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin həyatı risk altındadır. Hər gün yandırılan şinlərin vasitəsi ilə istilik təmin edilməsi artıq valideynləridə narahat etməkdədir.
Məsələ ilə bağlı araşdırma yekunlaşdıqdan dərhal sonra alacağımız bütün məlumatları sizlərə təqdim edəcəyik.
BakuNews.Az