Hollandiyanın Veyk aan Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Stil Çes” (Tata Steel Chess) turniri davam edir.
AzBaku.info-nun məlumatına görə, yeddinci turda qrossmeysterimiz Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa vurub.
Həmyerlimiz qara fiqurlarla çinli İ Veyi məğlub edib.
Bu nəticədən sonra hesabında 5,5 xal olan Şəhriyar Məmmədyarov turnir cədvəlinin vahid lideridir.
Qeyd edək ki, turnir ümumilikdə 13 turdan ibarətdir.
Növbəti turda Şəhriyaar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Qiri ilə qarşılaşacaq.