Müğənni Niyam Salami ARB TV-nin "Boş anlar" verilişinin qonağı olub.
Xəbərçi.az məlumat verir ki, sənətçi növbəti dəfə evlənəcəyi təqdirdə xarici vətəndaşla ailə qurmaq istədiyini bildirib:
"İkinci dəfə yəqin ki, azərbaycanlı xanımla evlənmərəm. Xarici ilə ailə quraram. Bizim xanımlar hamıdan gözəl, təmizdirlər. Sadəcə xasiyyətim və mənim dilimi anlamaması üçün xarici ilə evlənərəm.
Çox aqressivəm. Bizim mentalitetimiz tamam başqadır. Xaricdə ailələr çox səmimidirlər. Mənə də deyirlər ki, öz ailəsində problem var, çıxıb efirdə məsləhət verir. Çox vaxt getmirəm, çünki hər ailənin öz qayda-qanunu var".