Dəhşətli qəzadan görüntülər - VİDEO

Qəza nəticəsində motosikkli gəncin aldığı yaralardan öldüyü bildirilir

Çində baş verən dəhşətli qəza görənləri heyrətə gətirib. Müşahidə kamerası tərəfindən qeydə alınan videoda görünür ki, sedan motosikllə toqquşur, nəticədə motosiklin sürücüsü havaya uçaraq bir neçə metr kənara düşür. Avtosfer.az faktxeber.com-a istinadən verdiyi məlumatına görə, Quandin əyalətində baş verən qəzanın səbəbkarı içkili olub, qurban isə tibb məntəqəsinin işçisi imiş. Qəza nəticəsində motosikkli gəncin aldığı yaralardan öldüyü bildirilir.