Ermənistan ordusunun iki əsgəri hərbi hissədən qaçdı

Azərbaycanın işğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissədə xidmət edən Ermənistan ordusunun hərbi qulluqçuları Henrik Qazaryan və Atabek Mkrtçyan məruz qaldıqları təhqirlərə dözməyərək, xidmət yerlərindən qaçıblar.

AzBaku.info Report-a istinadən xəbər verir ki, hərbi hissə komandiri hadisənin ictimaiyyətdən gizlədilməsi məqsədilə dərhal bu əsgərlərin və onların valideynlərinin saxlanılaraq hərbi hissəyə gətirilməsinə göstəriş verib.

Məlumata görə, özbaşınalıq səbəbindən xidmət yerini tərk edən və tutularaq zorla xidmət yerinə gətirilən hərbi qulluqçuların valideynləri də hərbi hissəyə dəvət ediliblər.

Komandanlıq hərbi hissədə baş verənlər haqqında valideynlərin şikayət etməyəcəyi təqdirdə, əsgərlərə cinayət işinin açılmayacağına razılıq verib.