Bakının mərkəzində “Hyundai” yandı – VİDEO

Bakıda yanğınla nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, Bakının Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə yanğın hadisəsi baş verib və avtomobilin yanar hissələri yanıb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.