Ana və qızı dünyasını dəyişdi - Saunada faciə

Çexiyanın paytaxtı Praqada dəhşətli hadisə baş verib.

AzBaku.info Metbuat.az-a istinadənməlumaverir ki, 65 yaşındakı ana 45 yaşındakı qızı ilə hamamda dünyasını dəyişib. Yerli mənbələr yazır ki, hadisə qadınlar padruqalarının evindəki buxar hamamında çimərkən qeydə alınıb.
Polis bildirib ki, saunanın qapısının dəstəyində nasazlıq baş verdiyindən onlar içəridə qalıb. Təqribən 90 dəqiqə içəridə qalan ana və qızı qapının qalın şüşəsini sındırmağa cəhd etsə də buna nail ola bilməyib. Xanımların hamamda çox qalmasından narahat olan ev yiyəsi, şüşədən içəriyə baxarkən onların cəsədini görüb.

Hadisəylə bağlı araşdırma aparılır.