Rusiyanın məşhur jurnalistləri Maksim Şevçenko və Nikolay Svanidze "Komsomolskaya Pravda” radiosunun canlı efirində əlbəyaxa olublar.
Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, jurnalistlərin İosif Stalin barədə mübahisəsi sonradan dava ilə nəticələnib.
Svanidze "Stalin ölkəni Hitlerlə birlikdə müharibəyə sürüklədi. 1941-ci ildə Almaniya əsirliyində 3,8 milyon Sovet vətəndaşı var idi" deyib və Şevçenko bu mövqeyə etiraz edərək Sovet hakimiyyətinin Almanlara yaltaqlanmadığını, mübarizə apardığını vurğulayıb.
Svanidze cavab olaraq mübarizə aparanın Sovet xalqı olduğunu vurğulayıb və Şevçenko tərəfindən demaqoq adlandırılıb. Daha sonra jurnalistlər arasında dava başlayıb. Hadisədən sonra veriliş yarımçıq saxlanılıb.