Rüstəm Xəlilov atasının heykəlini sökdürdüyümüzə görə ailəmlə düşmən mövqeyindədir - VİDEO

Deputatın qardaşı oğlu Mühacir həyatı yaşamaqdadır...?


“Sabirabad rayonundan deputat seçilmiş Rüstəm Xəlilov rayonun Nizami kənd bələdiyyəsinin qarşısında atasına heykəl qoydurmuşdu. Mən bu məsələyə etiraz etdiyim üçün Rüstəm Xəlilov mənə və ailə üzvlərimə qarşı qisasçılıq etməyə başladı. İki il öncə saxta ittihamla qardaşımı və oğlumu həbs etdirdi. Xatırladım ki, millət vəkilinin qardaşı bir neçə il öncə Saatlı rayon polis şöbəsinin rəisi vəzifəsindən narkotik dövriyyəsinə görə qovulub. Polis orqanlarından qovulan şəxs hal–hazırda penitensiar xidmətdə çalışır. Qardaşı oğlu isə deputat əmisinin köməyi ilə təxminən 7–8 il öncə guya ölkədə ona qarşı münasibətin yaxşı olmadığına görə mühacirət edib və bu gündə ölkə əleyhinə mübarizə aparır.”