Türkiyə XİN başçısı Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb - YENİLƏNİB

Türkiyə XİN başçısı Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Onlar həmçinin bir çox sahədə əməkdaşlığın inkişafı barədə danışıblar.

***

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya gedib.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Səfər çərçivəsində Fidanın Suriyanın keçid lideri Əhməd əl-Şaraa ilə görüşəcəyi gözlənilir.