Novxanıda bir nəfər dənizdə batıb

Novxanıda bir nəfər dənizdə batıb

Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində 2009-cu il təvəllüdlü yeniyetmə - Bayramov Murad dənizdə batıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra axtarış tədbirləri həyata keçirilib.

Axtarışla yeniyetmənin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.