Nazir: Manat və lirə ilə hesablaşmalar ölkələrimizi şoklardan sığortalayacaq

“Azərbaycanla Türkiyə idxal-ixrac əməliyyatları zamanı hesablaşmalarda milli valyutadan istifadə etdiyi zaman özünü xarici şoklardan sığortalamış olacaq”.

AzBaku.info APA-ya istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

Onun sözlərinə görə, bununla bağlı hər iki ölkə prezidentinin müvafiq təlimatı var: “Bilirsiniz ki, bununla bağlı ölkə başçılarını müvafiq təlimatı var. Lakin biz ticarətimizi milli valyutada etmirik. Niyə biz idxal-ixrac əməliyyatlarımızı manat və lirədə etmirik? Niyə biz əməliyyatlarımızı başqa valyutalarda edirik və özümüzü neqativ təsirlərdən qorumuruq? Ümid edirəm ki, bunu aradan qaldırmağı bacaracağıq. Bilirsiniz ki, bu yaxınlarda Naxçıvandan Türkiyəyə ixrac olunacaq ümumi dəyəri 120 milyon dollar olan 43 adda məhsulu rüsumdan azad etdik. Başqa sözlə, Türkiyə 20 milyon dollarlıq rüsumdan imtina etdi. Biz qapılarımızı qardaşlarımızın üzünə açdıq. Bizə sərhəd, qadağa yaraşmaz”.