Gəncə təhsilinda baş verənlər tükürpədici olduğu qədər təxirə salınmaz qərarların verilməsində ehtiyac duyulan məsələlərdən biri olaraq qalmaqdadır.
Son günlər saytların gündəmində olan Gəncə təhsil sistemində tüğyan edən korrupsiya hadisələrinin əsas iştirakçılarından biri, Gəncə ş. 26 saylı məktəb liseyin direktoru, həmçinin Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun yaxın qohumu olan Valeh Rüstəmov və onun bəzilərinin iddia etdiyi kimi saxta diplom əsasında 34 saylı məktəbdə müəllimə işləyən qızı Luiza Qurbanova haqqında bizə yeni məlumatlar daxil olub. Belə ki, özü və yaxınları barədə ifşaedici məlumatların yayılmasından təşvişə düşən Zakir Hüseynov öz yaxın qohumu və korrupsioner əlaltısı olan Valeh Rüstəmova ölkə saytlarında onun barəsində gedən yazıların müəlliflərinə qarşı hədə və şantaj kampaniyası aparmağı tapşırıb. Valeh Rüstəmov müdiri olduğu məktəbdə kollektiv arasında barəsində ehtiyat edilən və təhlükəli bir adam kimi tanınır. Adının çəkilməsini istəməyən müəllimlərin dediyinə görə, Valeh Rüstəmov ifrat korrupsioner iştaha malik və olduqca təhlükəli adamdır. Qeyd edirik ki, bunlar 26 saylı məktəbin müəllim heyətinin bir qisminin iddiasıdır. Hal hazırda saytlarda barəsində gedən yazıları sildirmək üçün həmin saytlara hədə qorxu gələn, bəzən isə rüşvət təklif edən Valeh Rüstəmov təşviş içindədir. Çünki bəzi çirkin əməllərin üstü açılsa, onu və əlaltılarını məsuliyyətə cəlb olunma gözləyir.
Valeh Rüstəmovun qızı, saxta diplomla müəllimə işləyən Luiza Qurbanovanın məsələsi isə şəhər miqyasında deyil, nazirlik səviyyəsində həll olunacağı gözlənilir. Saxta diplomlu müəllimənin illər uzunu fəaliyyət göstərməsinə zəmin yaradan havadarlar tezliklə qanun qarşısında cavab verməli olacaqlar.
Mənbədən bakunews.az-a verilən məlumatı olduğu kimi oxucuların diqqətinə çatırmaq istəyirik. Prezidentə müraciətdən dərhal sonra baş verənlər heç də qəbul edilən deyildir. Fəxrəddin Zeynalov barəsində Prezident İlham Əliyevə ünvanlana şikayət məktubunun media qurumları tərəfindən tirajlanmasından sonra 30.01.2018-ci il tarixində kollecdə müəllimlərə bildirib ki, kim ne yazir, yazsın. Heç bir jurnalist bir "p.." yeyə bilməz. Bəzilərinə pul verib yazını sildirəcəm. Bəzilərinə pul verib özüm haqqında müsbət yazdıracam. (mənbənin iddiası ilə qarşıda qeyd edilən linkdə öz əksini tapmaqdadır) http://aia.az/manset/19642-tehsil-islahatlarinin-semerelilik-gostericisi-gence-dovlet-regional-kolleci.html yazısı artıq dərc edilib, bundan ötrü hansı ki bu gun aia.az saytına 500 manat verdim F.Zeynalov bildirib. K.Salmanova verdiyim şirinlik sayəsində prezidentə ünvanlanan məktubun məhs təqzibi kimi qələmə lınaraq o birilərini kompensasiya edəcəkdir.
Adam tapmışam tezadlar.az-da və bir neçə digər saytlarda özümdən tərif yazdıraraq bütün yazıların yalan olduğunu qeyd edəcək dəlilərim olacaqdır deyən F.Zeynalov müəllimlərə. Nüfuzlu saytların adından istifadə edən Gəncə təhsilində rüşvət burulğanına yol açan şəxs nəyə nail olmaq istədiyində bilmədiyi kimi səlahiyyəti çatan məsələləridə unutmaqdadır.
F.Zeynalov jurnalistlər təhqir etməkdən belə çəkinməyir. "Qabağına tullayacam 5-10 manat dilini soxacaq qarnına, Jurnalistdir də o da pula çıxır" deyə ifadələrdən istifadə edən Kollec rəhbəri jurnalistin haqqı pulla satmayacağını unudaraq rəhbərlik etdiyi kolleci baba mirası olduğunu sanır. Amma sizin axırınıza cıxacam işverənlər deyə müəllim heyyətinə hirslənən F.Zeynalov hegemonluğunu elan etdiyini düşünüb. F.Zeynalovun Gəncə şəhər icra başçısının Elmar Vəliyevin universitet illərində onun təhsildə qiymətlərini yazdığına görə onu Kollecə rəhbər təyin etdirməsi məlumatları da mediaya sızmaqdadır. Etibarlı mənbənin verdiyi məlumata görə, F.Zeynalov Elmar Vəliyevin onu müdafiə etdiyini hətta onun tutduğu vəzifəsindən nazir belə çıxara bilməyəcəyini kolektiv arasında qeyd edib. Elmar Vəliyevin də kəsdiyi başa respublikada sorğu sual yoxdu. Onun adamına kim nə deyə bilər! bu ifadələrin məhz F.Zeynalova məxsus olduğu iddia edilir.
Mənbə qeyd edir ki, həqiqətən də Elmar Vəliyev vaxtıyla Texnologiya Universitetinə qəbul olanda onu bu Fəxrəddin qəbul elətdirib day-dayısı o olub. Fəxrəddin o vaxt Texnologiya Universitetində işləyirdi. Fəxrəddin beş il Elmar Vəliyevin qiymətlərini yazdırıb. Ona görə də Elmar kollecləri birləşdirib onu buraya direktor qoydurdu, indi də yaxin dostdur onunla və müdafiə edir. Hətta Fəxrəddinin qardaşı Əlisahibi Xanlar Vəliyevə tapşırıb hərbi prokurorluqda işə qoymuşdu bu yaxınlarda pensiyaya çıxdı.