“Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq sazişlə bağlı danışıqlar intensiv və yaxşı gedir”.
AzBaku.info APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. O bildirib ki, yeni sənəd Aİ və Azərbaycan arasında 1998-ci ildən mövcud olan sazişi əvəzləyəcək.
Səfir qeyd edib ki, sazişlə bağlı növbəti görüşlərin noyabrda baş tutacaq “Şərq tərəfdaşlığı” sammitinə qədər keçirilməsi nəzərdə tutulur.