mazonun qurucusu və əsas səhmdarə Ceff Bezos bir gecəyə 6,5 milyard dollar qazanıb.
Oxu.Az-ın məlumatına görə, buna səbəb onun şirkətinin səhmlərinin fevralın 1-də axşam sessiyasında 6,2 faiz qalxması olub.
Məlumata görə, onun aktivlərin ümumi məbləği 123 milyard dollar yüksəlib ki, bu da dünyanın ən valı adamlarının siyahısında ikinci yerdə olal Bill Qeytsin sərvətindən 30 milyard dollar çoxdur.
Bu il Bezos üçün son dərəcə uğurlu başlayıb. O, yalnız yanvar ayında 17,4 milyard dollar qazanıb.
Amazonun səhmləri son ayda 19 faiz yüksəlib.
Bezos yanvarda tarixin ən varlı adamı olub. Onun varidatı 105 milyard dollar çoxalıb.
Bezos Amazonu 1994-cü ildə yaradıb, 2016-cı ildə şirkətin dövriyyəsi 136 milyard dollar təşkil edib.