Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.
AzBaku,info Report-a istinadən xəbər verir ki, hadisə Lənbəran kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir.
M.Hacıyevanın atası şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.